Tamamlanmış layihələr
Mühəndislik layihələri üzrə | İnformasiya texnologiyaları | Elmi-texniki layihələr | Digər işlər |
---|---|---|---|
İnformasiya texnologiyaları
"AutoImtahan"
2018-ci ildə sürücülük vəsiqəsi almaq istəyənlər üçün test imtahanlarının keçirilməsi üzrə avtomatlaşdırılmış proqram sistemi yaradılmışdır. Proqram eyni zamanda 30 adamın imtahan verməsinə imkan verir, biletlərin avtomatik tərtibatı zamanı sualların təkrarlanmaması təmin olunur.
"TEPAY"
İstismar bölmələrinin iş reqlamentinə və coğrafi mövqeyinə görə, radio tezlikləri avtomatik olaraq yenidən bölüşdürülən proqram sistemi yaradılmışdır. Sistem 2017-ci ildə xüsusi təyinatlı rabitə idarəsində tətbiq olunmağa başlamışdır.
"ERP-SME"
Kiçik və orta müəssisələrin fəaliyyətinin uçot-idərəetmə informasiya sisteminin yaradılmışdır. Layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrantı üzrə işlənmişdir (2016).
İKT sahəsində innovativ ideyaların online bankının yaradılması
Layihə, 2014-cü ildə Azərbaycan Respublikası Elmin İnkişaf Fondu və Rabitə və İnformatika Texnologiyaları Nazirliyinin birgə qrantı əsasında yerinə yetirilmişdir.
"Plant 12.01"
2012-ci ildə şərab zavodunun istehsal prosesi zamanı sərf olunan xammal və materialların, həmçinin istehsal olunmuş malların uçotunu həyata keçirən "Plant" proqram təminatı yaradılmışdır. Proqram 2013-cü ildə Bakı Şərab zavodunda tətbiq olunmuşdur.
"GƏMIİLƏR" - Simulyasiya Sistemi
"Gəmilər" simulyasiya sistemi interaktiv rejimdə işləyən şəbəkə proqramıdır. Simulyator gəmilərin birgə üzməsi zamanı manevrlər haqqında qərarlarının (döyüş nizamının dəyişməsi, sualtı, suüstü və hava hücumundan yayınma və s.) düzgün qəbul edilməsi bacarıqlarının aşılaması üçün yaradılmışdır. Təlim keçən kursantlar arasında məlumat mübadiləsi siqnal bayraqları vasitəsi ilə həyata keçirilir. Proqram 2010-cu ildə Azərbaycan Ali Hərbi Dəniz Məktəbi ilə əməkdaşlıq çərçivəsində yaradılmışdır.
"Nəqliyyat" - yükdaşıma müəssisəsinin avtomatlaşdırılmış idarəetmə sistemi
Sistem yük daşımalarının təşkili və həyata keçirilməsi ilə bağlı məsələləri, həmçinin, avtomaşınlıarın texniki vəziyyətini (istisları və təmiri) və sürücü heyətinin işini (işə gəlmə, tibbi-həkim müayinəsindən keçmə, yol vərəqlərinin alınması və s.) on-line rejimdə idarə etməyə imkan verir. Sistem 2008-ci ilin iyulunda AKKORD ASC-nin Bakıdan 120 km şimalda yerləşən Siyəzən qarajında istismara verilmişdir.
2D-Player
2007-ci ildə musiqi siqnalını (mp3, wav tipli fayllar) emal edərək onun ritmini və takt anında musiqi notunu müəyyənləşdirən alqoritm işlənmişdir. Bu alqoritm əsasında kiçik süjetli kliplərin yaradılma metodikası tərtib olunmuşdur.
Ali Hərbi Dəniz Məktəbi üçün öyrədici proqramlar
Azərbaycan Ali Hərbi Dəniz Məktəbi ilə əməkdaşlıq edərək nəzəri tədqiqatları praktik cəhətdən möhkəmləndirmək üçün müəyyən proqram sistemləri (kompyuter simulyasiya sistemləri) yaradılmışdır.
"DƏRMAN"
2005-ci ildə dərman bitkilərinin uçotu üçün verilənlər bazası və uygun proqram vasitəsi yaradılmışdır. Proqram dərman bitkiləri, onlardan hazırlanan dərmanlar və onların təyinatı üzrə sistemləşdirilmiş məlumatlarla işləməyə imkan verir.
"GÜBRƏ1"
"GÜBRƏ1" 2004-cü ildə işlənmişdir, çoxillik bitkilərin becərilməsində optimal gübrələmə rejimini hesablayan proqram paketidir.
"Azərbaycanın Elektron Torpaq pasportu"
2005-ci ildə Azərbaycan Respublikası ərazisində mövcud torpaq tiplərinin bazası yaradılmışdır. Hazırda bu proqram Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda geniş elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunur.
"OPERA"
2004-cü ildə avtomatlaşdırılmış mühasibat uçotu sisteminin baza variantı işlənmışdir. Bu proqram əsasən istehsal müəssələri üçün nəzərdə tutulmuşdur.
"AzSalary"
2002-ci ildə yaradılmış "AzSalary" proqram məhsulu Azərbaycan qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, işçilərin əmək haqqının hesabatını aparır. Proqram interfeysi Azərbaycan dilindədir.
"MARKET"
2002-ci ildə anbarlarda və ticarət müəssisələrində mal dövriyyəsinin uçotunu aparmaq üçün "MARKET" proqram sisteminin baza variantı hazırlanmışdır. Bu proqram qəbul edilən və paylanan malların, mal dövriyyəsi ilə bağlı daxil olan maliyyə vəsaitinin uçotunu aparmağa imkan verir. 2005-ci ildə sifarişçinin xüsusiləşdirilmiş tələblinə uygunlaşdırılmış "MARKET 01.05" proqramı işlənmişdir. Bu proqram telefon nömrələrinin daxil olması və satışı üzrə kontraktların, Sim-kart, telefon və digər aksesuarların uçotunu aparmaq üçün nəzərdə tutulmuşdur. 2006-cı ildə onun şəbəkə variantı olan "MARKET 02.05" proqramı tərtib olunmuşdur. 2009-cı ildə onun indiyə qədər bu istiqamətdə görülmüş işlər ümumiləşdirilərək proqramın "MARKET 09.01" baza variantı yaradılmışdır.
"AMƏS" - Avtomatlaşdırılmış Milli Əmlak Sistemi
Bu layihə 2001-ci ildə həyata keçirilmişdir. Layihə üzrə Azərbaycan Iqtisadi Inkişaf Nazirliyi üçün əmlakın avtomatlaşdırılmış uçot sistemi yaradılmışdır. Layihə dövlət əmlakının qeydiyyatı (daşınmaz dövlət əmlakının registri) və onun özəlləşdirilməsi, dövlət və birgə müəssisələrin özəlləşdirilməsi, müqavilələrin bağlanması (icarə, satış, girov və başqa) və bu müqavilələr üzrə ödənişlərə nəzarət prosesini avtomatlaşdırmışdır.