Tamamlanmış layihələr
Mühəndislik layihələri üzrə | İnformasiya texnologiyaları | Elmi-texniki layihələr | Digər işlər |
---|---|---|---|
Elmi-texniki layihələr
"DalğaYaranma" layihəsi
1999-cu ildə "Trident-20" ("Qurtuluş") qurğusunun suya buraxılma prosesinin tətqiqi zamanı onun yarada biləcəyi dalğa və bu dalğanın ətrafa təsirinin öyrənilməsi zərurəti meydana çıxmışdı. Şirkət mütəxəssisləri tərəfindən dalğayaranma prosesinin riyazi modeli qurulmuş və hesabatı aparılmışdır. Modelin adekvatlığı qurğunun suya buraxılması zamanı təsdiq olunmuşdur (17 fevral 2000, Bakı, Cənub buxtası).
"Risklərin idarə edilməsi" tədqiqat layihəsi
2003-cü ildə bir sıra sahələrdə risklərin idarə edilməsi məsələlərinə baxılmışdır. Informasiyanın emal olunmasına süni intellekt metodlarının tətbiqi konsepsiyası işlənmişdir.
Sadə ədədlər nəzəriyyəsi sahəsində fundamental tədqiqatlar
Natural ədədlər ardıcıllığında sadə ədədlərin paylanmasına dair bir sıra elmi tədqiqat işləri aparılmış, nəticələr açıq ədəbiyyatda dərc edilmişdir.
"Elektron Şturman" elmi-tədqiqat layihəsi
2004-cü ildə vertolyotların məhdud görmə şəraitimdə (duman, qaranlıq və s.) idarə olunmasını təmin etmək üşün elektron naviqatorunun yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.
"Təyyarələrin avtomatik enmə sistemi" elmi-tədqiqat layihəsi
2005-ci ildə təyyarələrin avtomatik enməsini təmin edən sistemin yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.
"Becərmə prosesinin idarə edilməsi" tədqiqat layihəsi
2008-ci ildə kənd təsərrüfat bitkilərinin becərilməsin zamanı meydana çıxan problemlərin həllində fermerlərə kömək edə biləcək informasiya-məsləhət sisteminin layihəsi işlənmişdir. Layihə cərçivəsində aşağıdakı 3 məsələnin həlli tədqiq olunmuşdur:
- Əkin sahəsi haqqında məlumatlara uyğun olaraq münasib sortun (bitkinin) təklif olunması;
- Həmin əkin sahəsində becərilən bitkinin yüksək məhsuldarlığının təmin edilməsi üçün aqro-texniki qulluq üzrə texnoloji xəritənin tərtibatı;
- Becərmə prosesinin cari vəziyyətinə görə texnoloji xəritənin korreksiyası.
"Bir ölçülü siqnalların sürətli emal alqoritmlərinin işlənməsi" üzrə elmi-tədqiqat layihəsi
Tezliyi məlum olan siqnalların tanınması və onun parametrlərinin təyini üçün sürətli alqoritm işlənmiş, uyğun proqram təminatı yaradılmışdır. Eksperimentlərin aparılması zamanı "MultiRanger 100/200" və "ECHOMAX XPS-10" (Siemens) cihazlarından istifadə olunmuşdur (2010-cu il).
"E-learning" elmi-tədqiqat layihəsi
2012-ci ildə elmi biliklərin modelləşdirilməsi məsələsi tədqiq olunmuş. Bu model imkan verir ki, lazım olan məlumatı başa düşmək üçün tələb olunan minimal bilikləri müəyyənləşdirilmək mümkün olsun.
"Maye axınının Laqranj modelinin işlənməsi" üzrə elmi-tədqiqat layihəsi
Maye axınının modelləşdirməsidə Laqranj yanaşması tətbiq olunmuşdur. Maye axını ayrı-ayrı hissəciklərin birgə hərəkəti kimi baxılmış, axın Sistemlərin Sistemi kimi (SoS) şərh olunmuşdur. Hissəciklərin bir-biri ilə informasiya mübadiləsinin strukturu müəyyənləşdirmişdir (2013-cü il).
İntermodulyasiya layihəsi
InfoSpace MMC ilə əməkdaşlıq çərçivəsində, 2015-ci ildə intermodulyasiya effektini nəzərə almaqla radiostansiyaların identifikasiyasını həyata keçirən alqoritm işlənmişdir.